KİSƏVARİ DƏRƏ

karst vilayətlərində, yüksək debitli karst çeşmələrindən başlanan və baş hissəsi olmayan, şəffaf axınlı çay dərəsi. долина мешкообразная sack form valley
KİMVR TİPLİ SAHİL
KLİF
OBASTAN VİKİ
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Antesedent dərə
Asılı dərə
Dərə (Basarkeçər)
Dərə — Ermənistan Respublikasının Geğarkunik vilayətinin Vardenis bələdiyyəsində kənd. Vaxtilə İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sonralar isə Basarkeçər rayonuna daxil olmuşdur. Dəniz səviyyəsindən təqribən 1980 m hündürlükdə yerləşir. == Etimologiyası == Kəndin ərazisi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd "Səmədağa dərəsi" adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent "Səmədağa" ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində "iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən "dərə" sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 3 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Daranak" adlandırılmışdır.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Kənd əhalisi 36 nəfərdən ibarətdir. Əhalisi tatlardır.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. == Haqqında == 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. == Etimologiya == Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. == Hipotez == Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Köndələn dərə
Köndələn dərə (rus. поперечная долина, ing. transverse valley) — qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Monoklinal dərə
Neytral dərə
Obsekvent dərə
Poxlu dərə
Poxlu dərə — Bakının Şimal-Şərq tərəfində, Qanlı təpənin ətəyindəki, indiki Təzə Bazarın yerləşdiyi dərə. == Adının mənşəyi == XIX əsrin ortalarınadək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınaraq, şəhər xaricinə çıxarılırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta çəlləklər düzəldilirdi. Həmin zamanlarda şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklərini adətən şəhərdən çox kənarda olan indiki Təzə Bazarın yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ərazidən keçmək mümkün deyildi. Elə həmin vaxtdan da bu dərə "Poxlu dərə" adlanır. Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı. Bundan sonra bu ərazidə şəhərin kasıb və imkansız təbəqəsindən olan sakinləri məskunlaşmışdır.
Resekvent dərə
Resekvent dərə (rus. ресеквентная долина, ing. resequent valley, secondary consequent valley) — konsekvent çayın ikinci dərəcəli qolunun dərəsi olub, onun axım istiqamətini təkrarlayır və adətən süxur laylarının yatımına uyğun gəlir.
Yarımaçıq dərə
Yarımaçıq dərə (rus. полуоткрытая долина, ing. half open valley) — yamacların aşağı hissəsi birləşən, yuxarı hissədə başqa dərəyə keçən dərə.
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yetkin dərə
Yetkin dərə (rus. зрелая долина, ing. mature valley) — tarazlıq profili yaranmış geniş, terraslaşmış, çay dərəsi.
Ölü dərə
Ölü dərə (rus. мертвая долина /сухая долина/, ing. dry valley, dead valley) 1) nadir hallarda, yaxud bir neçə ildə bir dəfə düşən güclü leysan nəticəsində qısa müddətli axına malik olan, arid səhraların, dərələri. 2) Qrunt suları səviyyəsinin düşməsi, və ya iqlim dəyişməsi, yaxud qonşu çay vasitəsilə zəbt olunması nəticəsində su axınından məhrum olmuş dərə.
İtqıran (dərə)
İtqıran — Azəarbaycan Respublikası Cəbrayıl rayonu dağ Tumas kəndi ərazisində dərə adı. == Toponimikası == Ermənistanda İtqıran kənd və Laçın rayonu çəmbər kəndi ərazisində İtqıran dağ adları ilə mənaca eynidir. Qıpçaqların İd (Ed, Et) tayfasının adından və qədim türk dillərində kuran "50 alacıqdan ibarət düşərgə" sözündən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Nalçik dairəsində İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat (dağ) Ermənistanda İtgör. Gürcüstanda İdleti hazırda Azərbaycanda Ətcələr və b. adlarla mənşəcə eynidir.
Şor dərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.
Əncirli dərə
Əncirli dərə — Qaradağ rayonunda dərə; Əncirli dərə — Qubadlı rayonunda dərə; Əncirli dərə — Zəngilan rayonunda dərə; Əncirli dərə — Cəbrayıl rayonunda dərə.
Yaşıl dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Üç dərə SES
Üç dərə (çin. ənən. 三峽, sadə. 三峡, pinyin: Sānxiá, hərfi mənası: "Üç dərə") — Çinin Hubey əyalətində Yantszı çayının üzərində yerləşən su-elektrik stansiyası. Dünyada gücünə görə birinci, hazırlanmasına görə iki ən nəhəng su-elektrik stansiyasından ("İtaypu" SES-i ilə birlikdə) biridir. Ən böyük hidrotexniki qurğulardan biridir. SES Hubey əyalətinin İçan şəhər dairəsində Sandoupin şəhərinin yaxınlığında yerləşmişdir. Bu su anbarının qravitasiya beton bəndi dünyada ən böyük bəndlərdən biridir. Su anbarının tikintisi 1,3 milyon insan sözügedən ərazidən köçürdülmüşdür. Bu su-elektrik stansiyasının sayəsində SES-in aşağı hissəsində yerləşən milyonlarla insan sel təhlükəsindən qorunur.